Polad Alemdarin gercek sevgilisi

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Polad Alemdar rolunun ifaçısı Necati Şaşmazla uzun müddət sevgili olmuş Yasəmən Öztürk maraqlı açıqlamalar verib.

Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Yasəmən Öztürk Necati ilə 2005-ci ildə çəkiliş zamanı tanış olduğunu söyləyib. “Kurtlar Vadisi”ndə Samuel Vanununun arvadı rolunu canlandıran aktrisa “serialın yeməyində tanış olduq, o anda bir-birimizdən müsbət enerji aldıq və bərabər olmağa başladıq, münasibətimizi gizli saxlayırdıq, hətta çəkiliş qrupundakı bir neçə nəfər istisna olmaqla, heç kim bilmirdi”, – deyib.
Yasəmən Öztürk Necati ilə yalnız onun evində görüşdüklərini vurğulayıb. O, Necatinin göründüyündən çox fərqli olduğunu söyləyib: “Necati uşaq kimidir, yumor hissi güclüdür, əylənməyi sevir. Evinə gedəndə kompüterdə oyun oynayardıq, mənə şeirlər yazardı. Fərhad Köçərin “Yastayım” mahnısı bizim mahnımızdır”.
Aktrisa deyib ki, Necatidən ona zərər verməmək üçün ayrılıb: “Onunla bərabərliyimdən peşman deyiləm. Necatini çox sevdim, sadəcə, gizlilikdən yorulmuşdum. Ondan ayrılmaq istədiyimi deyəndə içim qan ağlayırdı. Mənə “qərarlarına sayğı duyuram”, – dedi. Halbuki mən “getmə”, deməyini gözləyirdim”.
Necati Şaşmazın 2007-ci ildə maneken Nəfisə Karatayla (Ahu) birlikdə yaxtada kameralara yaxalanmasına münasibət bildirən Yasəmən Öztürk “o vaxtlar bəzi problemlərimiz vardı, görüntülərdən narahat oldum, üzüldüm, amma Necati mənə zəng edib onunla arasında heç nə olmadığını dedi, bərabərliyimiz davam etdi”,- deyə bildirib.
Aktrisa bildirib ki, Necati Şaşmaz bir müsahibəsində “mən heç aşiq olmadım”, deyib: “O sözdən çox incidim, onsuz da münasibətimizi gizli saxlamaq məcburiyyətindən bezmişdim, hər şey üst-üstə gəldi və sevərək ayrıldıq”.

Bir Cavab to “Polad Alemdarin gercek sevgilisi”

  1. Necati Şaşmaz Muro filminin premyerasında jurnalistlərin bununla bağlı ona verdiyi suala belə cavab verib:”Bizim aramızda heç nə olmayıb.Bunu reklam üçün edir”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: