“Kurtlar Vadisi”nin superməxfi əməliyyatı üzə çıxdı!

İkinci filmin gizli şəraitdə çəkildiyi bildirilir

“Kurtlar Vadisi”nin ikinci kino filminin çəkilişlərinin ciddi məxfilik şəraitində başa çatdırıldığı barədə məlumat yayılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çoxları tərəfindən “mafiya filmi” adlandırılan və 2003-cü ildən həyatımıza daxil olan “Kurtlar Vadisi” izləmə rekordlarını qıraraq, Türkiyədə 4 milyondan çox tamaşaçı qazanıb.

Artıq 5 ildən çoxdur fasilələrlə yayımını davam etdirən film, sükutu pozur. Bu günlərdə komandanın ikinci kino filmini çəkdiyi barədə məlumat ortaya çıxıb. Bu arada film sektorunda bütün istehsalçılar öz filmlərinin nümayiş tarıxını “Kurtlar Vadisi”nin qrafikinə nəzərən ekranlara çıxarmağa başlayıblar. “Habertürk”ün məlumatına görə, bu günlərdə gizli bir toplantı keçirən “Kurtlar Vadisi” komandası may ayı əvəzinə filmi oktyabr ayında ekrana gətirməyi qərara alıb. Başa çatmış çəkilişlərin ciddi bir məxfilik şəraitində aparıldığı, hətta heyətin bir-biri ilə bu mövzuda mobil telefonla danışmasının belə qadağan olunduğu da bildirilir. Hələlik Pana Film bu barədə rəsmi açıqlama verməsə də, film istehsalçılarının öz layihələrini bu hadisəyə nəzərən həyata keçirdikləri faktdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: