NECATİ ŞAŞMAZDAN MARAQLI AÇIQLAMALAR

“Heç aşiq olmadım. Ata olamq üçün 60 yaşıma qədər vaxtım var. Yaxın bir vaxtda xəbər portalı açacam”

Kurtlar vadisi filmi 3 aylıq fasilədən sonra yenidən pərəstişkarlarıyla görüşdü. Polad Ələmdar yeni serialarda həm dərin dövlətlə mübarizə aparacaq, həm də evlənəcək. Aktyorluğu öyrəndiyini deyən Şaşmaz həm də özü haqda maraqlı açıqlamalar verib:


“Kurtlar vadisi pusu”ya maddi səbələrdən 3 ay fasilə verdiniz və yenə eyni kanala qayıtdınız. Pərdə arxasında nələr yaşanıb?


Hamının qlobal böhranı ağzında saqqzı etdiyi bir vaxt idi. Bizim də alacaq borclarımız var idi. Əvvəlcə borclarımızı alıb sonra filmə davam etmək istədik. Borclar ödəndi və biz də eyni kanalda qalmağa qərar verdik.

Bəs vaxt niyə bu qədər uzandı

Bu bizim yox kanalın istəyi idi.

Bəs kanalla neçə mövsümlük müqavilə imzalamısınız?
Sadəcə 13 seriallıq bir müqavilə imzalanıb.

Bu 3 aylıq fasilə müddətində nə ilə məşğul oldunuz?
Mənim üçün çox dolu keçdi. Bəzi hekayələrim var idi.Onları ssenariləşdirməyə çalışdım. Həm də 3D animasiyayla da maraqlanmağa başladım. Çünki gələcəkdə daha çox animasiya filmləri çəkiləcək. Həm də bir musiqi proqramı vasitəsiylə musiqi bəstələmişəm. Bu arada əeb dizaynı haqqında kurs keçdim. Çox yaxında bir xəbər saytı açmağı planlaşdırıram. Amma hələ ki, adı məlum deyil.

Sizi ifadə edən söz yəqin ki “maraq”dır.

Bəli hər şeylə maraqlanıram. 6 il əvvəl aktyor olmaq istəyirdim. Deyəsən artıq aktyoram və bu barədə təcrübəm də var. Amma daha da yaxşı olmaq üçün əlimdən gələni edəcəm.

Əgər ABŞ-da terror hadisəsi olmasaydı, siz orada turizm şirkəti açacaqdiniz. Hal hazırda olduğunuz mövqeyə gəlmək qismətmiş. Necə düşünürsünüz?

Mən qismətə inanıram. Bəlkədə indi siz məndən bacarıqlı bir turizmçi kimi müsahibə alacaqdınız. Mənim aktyor olmağım tamamilə qismətdir.

Bəs necə oldu ki, Ergenekondan əvvəlcə filmdə bəhs olundu, daha sonra əməliyyatlar başladı?

Sadəcə baş verə biləcək hadisələri düşünüb, ehtimallara istinadən belə bir film çəkirik. Türkiyə haqqında oxuyan insanlar, bu filmi izlədikdə “Mən bunu demişdim” deyir. Bizim digərlərindən fərqimiz düşündüklərimizi cəsarətlə söyləyə bilməyimizdi.


Ergenekon haqqında nə düşünürsünüz?

Hüquqi proses bitdikdən sonra hamı nəyin nə oladuğunu anlayacaq. O vaxta qədər deyiləcək heç bir şeyin mənası yoxdur. Çünki fikirlərimiz sahv, əskik və ya artıq ola bilər.

Polad evlənir?
Polad Ebru və Nazifə anasıyla bir üçbucaq içərisinə girib. Anası onu evləndirmək istəyir.

Biz Poladı dövlət üçün, simasından, şəxsiyyətindən, ailəsindən və sevdiyindən imtina edən bir xarakter kimi tanıdıq. Bəs indi necə olur ki, tanımadığı bir qızla evlənir?

Atası Polada artıq “Elifi dəfn etməlisən” deyir.

Filmdə evlənəcəyiniz Ebru rolunu oynayan Haticə Şəndilin sevgiliniz olduğu iddia edilir. Düzdü?

Mən həyatımda heç vaxt aşiq olmadım. Amma aşiq olmayacam da demədim. İnşallah bir gün mən də sevərəm.

Uşaq istəmirsiz?

Uşaqları çox sevirəm. Sağlam, yaxşı və gözəl əxlaqlı uşaqlar tərbiyə etmək bütün kişilərin vəzifəsi olmalıdır. Amma hələki mən digər vəzifələrimi tamamlamamışam. Halo dayı belə 60 yaşında ata olub. Görək də, mənim də 60 yaşıma qədər vaxtım var.

Niyə şəxsi həyatınız haqqında heç nə demirsiz?

Mən qapalı olmağı sevirəm. Əslində bizim sevilməyimiz də, nifrət edilməyimiz də bu sirli xarakterimizlə bağlıdır. Diqqət mərkəzində çox olmadıqca insanlar səninlə maraqlanmağa başlayır və müəyyən bir fikrə sahib olur. Bu fikirlər bəzən müsbət, bəzən də mənfi ola bilər. İnsanlarla qarşılaşdığım zaman “ Sizə qarşı iradlarım var” deyirlər. Bu sirr aradan qalxınca insanların beyinlərindəki neqativ fikirlər pozitivə çevrilir. Bu ani dəyişiklik onlarda şok təsiri yaradır. Mən də insanlara belə sürprizlər etməyi sevirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: